Bazar günü Kiyevdəki “Vətən-Ana” abidəsində Sovet İttifaqının gerbinin sökülməsi işlərinə başlanılıb. Qeyd edək ki, diametri bir neçə metr olan metal gerb bir neçə on metr hündürlükdə qadın fiqurunun vətəni simvolizə etdiyi polad qalxanın üzərində yerləşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi işə başladığını elan edib.
Ukrayna mediası artıq gerbin sökülməsini əks etdirən fotoları da dərc edir.
Onu da qeyd edək ki, qalxanın üzərindəki SSRİ gerbi Ukraynanın Müstəqillik Gününə - 24 Avqusta qədər Ukrayna gerbi ilə əvəzlənməlidir.
Yeri gəlmişkən, “Vətən-Ana” abidəsi Kiyevdə Dnepr çayının sağ sahilində, Ukrayna Tarixi Muzeyinin ərazisində yerləşir. Qadın fiqurunun hündürlüyü 62 metrdir (postamentli 102 metr), bu, Ukraynadakı ən yüksək heykəldir və dünyada ən yüksəklərdən biridir.
...1981-ci ildə tikilib, açılışda o vaxtkı Sovet lideri Leonid Brejnev iştirak edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB