Hələ ki, ölənlərin sayının 8 nəfər olduğu deyilir

Hələ ki, ölənlərin sayının 8 nəfər olduğu deyilir

Mari Eldə tufan və güclü külək nəticəsində ağaclar altında qalıb ölənlərin sayı 8-ə çatıb ki, onlardan üçü uşaqdır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Respublika Baş İdarəsi məlumat yayıb.

“Saat 10:00-a olan məlumata görə, ilkin məlumata görə, 29 nəfər xəsarət alıb, onlardan 8-i ölüb, o cümlədən üçü uşaq”.

Rus saytlarının yazdığı məlumatda belə deyilir. Deyilənlərə görə, bütün ölüm halları Volqa bölgəsindəki Yalçik gölü yaxınlığında ağacların aşması nəticəsində baş verib. Qeyd edək ki, ölənlərdən savayı 19 nəfərin yaralandığı da deyilir.

Zveniqovski rayonunda Tahir gölü ərazisində daha iki nəfər yaralanıb. Qəzalar Fövqəladə Hallar Nazirliyində qeydiyyatda olmayan çadır turist düşərgələrinin ərazisində baş verib.

Yeri gəlmişkən, Mari Elin rəhbəri Yuri Zaitsev bir müddət əvvəl, respublikanın Volqaboyu ərazisini bürümüş qasırğanın istirahət həvəskarlarının yığışdığı Yalçık və Tahir göllərinin yaxınlığındakı çadırlara da ziyan vurduğunu bildirmişdi.

Onu da qeyd edək ki, hazırda hadisə yerində təcili tibbi yardım briqadaları işləyir, yollar təmizlənir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə