...Novosibirskdə 67 yaşlı pensiyaçıya qarşı terrorizm və ekstremizmlə bağlı cinayət işi açılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, buna səbəb onun “Vkontakte” sosial şəbəkəsində müharibə və səfərbərliyə qarşı iki şərh yazması olub.
Şərhlər şəhərin Leninski rayonunda hərbi komissarlığın yandırılması ilə bağlı olub. Qeyd edək ki, bu, sentyabrın sonunda - səfərbərlik elan edildikdən sonra baş verib. Bundan sonra təqaüdçünün evində iki dəfə axtarış aparılıb. Pensiyaçının sözlərinə görə, bu “qapını sındırmaqla və səhər saat beşə qədər dindirməklə” baş verib.
Ondan planşet götürülüb, pensiyanın gəldiyi bank kartı da bloklanıb.
Təqaüdçünün dediyinə görə, əvvəl hərbi komissarlığın yandırılmasını onun boynuna qoymaq istəyiblər.
Amma bu alınmadıqda,.. onu hələ ki, zaminə buraxıblar.
Yeri gəlmişkən, hazırda qocanı eyni anda üç maddə ilə ittiham edirlər: terror fəaliyyətinə, kütləvi iğtişaş və internetdə ekstremist fəaliyyətə çağırışlara görə.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB