İtaliyanın Müdafiə Nazirliyi ölkənin Çinlə layihədə iştirakını tənqid edib
İtaliyanın müdafiə naziri Guido Crosetto keçmiş İtaliya hökumətinin dörd il əvvəl Çinin “Bir kəmər və yol” təşəbbüsünə qoşulmaq qərarını tənqid edib.
Crosettonun fikrincə, bu təşəbbüs İtaliya ixracatına elədə bir təsir göstərməyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu gün Guido Crosetto Çinlə razılaşmadan çıxmaq imkanını nəzərdən keçirən administrasiyanı təmsil edir.
Onu da qeyd edək ki, İtaliya layihəyə qoşulan yeganə böyük Qərb ölkəsidir.
Bildirək ki, “Bir kəmər, bir yol” infrastruktura irimiqyaslı sərmayə yatırmaqla Çinin Mərkəzi Asiya, Avropa və Afrika ölkələri ilə əlaqələrini genişləndirməyi nəzərdə tutur.
Amma bəziləri bu fikirdə deyillər. Məsələn, bu layihənin tənqidçiləri, “Bir kəmər, bir yol”u Pekinə yalnız geosiyasi və iqtisadi təsirini yaymaq üçün lazım olduğunu bildirirlər.
Bu arada İtaliyanın baş naziri Corc Meloni cümə axşamı Ağ Evdə ABŞ prezidenti Cozef Bayden ilə görüşdən sonra hökumətinin Çin təşəbbüsü ilə bağlı tədbirləri razılaşdırmaq üçün dekabr ayına qədər vaxtının olduğunu bildirib.
Deyilənlərə görə, Meloninin yaxın vaxtlarda Pekinə gedəcəyi bildirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB