Papa Rusiyanı taxıl müqaviləsinə qayıtmağa çağırıb

Papa Rusiyanı taxıl müqaviləsinə qayıtmağa çağırıb

Papa Fransisk Vatikanda Müqəddəs Pyotr meydanında etdiyi xütbədə, Rusiyanın taxıl müqaviləsində iştirakını bərpa etməyə çağırıb. Papaya görə bu halda Ukrayna taxılını yenidən dünya bazarlarına təhlükəsiz şəkildə çıxarmaq olar.

“Qardaşlarıma, Rusiya Federasiyasının hakimiyyət orqanlarına müraciət edirəm ki, Qara Dəniz Təşəbbüsü bərpa olunsun və taxıl təhlükəsiz daşınsın”.

SİA-nın əldə etdiyi məlumata görə, Reuters bunu pontifikdən sitat gətirib.

Qeyd edək ki, bundan əvvəl də Roma Papası Moskva ilə Kiyev arasındakı münaqişədə vasitəçi olmağa hazır olduğunu dəfələrlə bəyan edib.

Xatırladaq ki, mayın əvvəlində o, Ukraynada sülhməramlı missiyanın işində iştirak etdiyini bildirsə də, amma təfərrüatlarını açıqlamayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə