"Türkiyədə təbii qaz mərkəzinin yaradılması gündəmdədir"

"Türkiyədə təbii qaz mərkəzinin yaradılması gündəmdədir"

Rusiya prezidenti Vladimir Putin Türkiyədə təbii qaz mərkəzinin yaradılmasının gündəmdə olduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Türkiyedə təbii qaz mərkəzinin yaradılmasının gündəmdə olduğunu bildirən Putin Türkiyədə təbii qaz satışı üçün elektron ticarət platforması qurmaq istədiklərini bildirib.

Türkiyenin belə bir elektron ticarət platformasının təşkili üçün münasib yer olduğunu vurğulayan Rusiya lideri deyib:

Çünki Türkiyə Avropa üçün tranzit ölkəyə çevrilib”.

Putin həmçinin çərşənbə günü prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışmaq barədə razılaşdıqlarını bildirib.

24 fevral 2022-ci ildən davam edən Ukrayna müharibəsi barədə isə, Putin Ukrayna tərəfi ilə görüşdən imtina etmədiklərini, lakin Ukrayna ordusunun hücumlarını davam etdirdiyi bir vaxtda atəşkəsin çətin olduğunu deyib.

Afrika ölkələrinin Ukraynadakı münaqişələri sona çatdırmaq üçün variantlar axtardığını vurğulayan Putin Afrikanın təşəbbüsünün Çinin planı ilə birlikdə sülh danışıqlarının əsasını təşkil edə biləcəyinə diqqət çəkib.

Putin əlavə edib ki, Rusiyanın Qara Dəniz Taxıl Sazişindən çıxmaq qərarı logistika, Rusiya gəmilərinin limanlara girişinin mümkünsüzlüyü, pul köçürmələri, sığorta və digər problemlərlə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə