İtaliyanın Kalabriya şəhərindəki sirkdən qaçan fil magistral yolda gedərkən görüntülənib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, sirkdən qaçdığı iddia edilən fil magistral yolda yerləşən supermarketə doğru irəliləyib.
Sosial mediada paylaşılan görüntülərdə yoldan keçən nəqliyyat vasitəsinin sürücüsü fili görüb gülməyə başlayıb və "Fil supermarketə gəzintiyə çıxıb" deyib. Yerli mənbələr sirkdən qaçan filin sirk işçiləri tərəfindən tapıldığını bildirsə də, İtaliya polisindən hadisə ilə bağlı heç bir açıqlama verilməyib. Digər tərəfdən, filin magistral yolun yaxınlığındakı çimərlikdə vaxt keçirdiyi öyrənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB