Meksikada təyyarə qəzaya uğrayıb - 3 nəfər itkin düşüb

Meksikada təyyarə qəzaya uğrayıb - 3 nəfər itkin düşüb

Meksikanın Verakruz əyalətində kiçik təyyarənin dənizə düşməsi nəticəsində 3 nəfərin itkin düşdüyü bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın Verakruz Beynəlxalq Hava Limanından havaya qalxan kiçik Cessna 650 təyyarəsi havaya qalxdıqdan az sonra Meksika körfəzi üzərində itib. Hadisədən sonra ərazinin yaxınlığında işləyən bir qrup işçi təyyarənin dənizə düşdüyü barədə hava limanının rəhbərliyinə məlumat verib.

Hadisə şahidləri təyyarənin dənizə düşdüyünü təsdiqləyib və təyyarədə olan 2 pilot və 1 sərnişinin itkin düşdüyü bildirilib. Hadisə yerinə göndərilən Meksika Hərbi Dəniz Qüvvələrinin xilasetmə qruplarının qəzaya uğrayan təyyarənin qalıqları ilə birlikdə itən 3 nəfərin tapılması üçün axtarış-xilasetmə işləri apardığı açıqlanıb. Hadisə ilə bağlı ilk məlumatlarda havaya qalxdıqdan 1 dəqiqə sonra təyyarə ilə bütün əlaqənin kəsildiyi və qısa müddətdə radardan aşkarlana bilmədiyi bildirilib. Hadisənin səbəbi hələ müəyyən edilməsə də, təyyarənin özəl xidmət göstərdiyi və adətən iş adamları tərəfindən icarəyə götürüldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə