Səudiyyə Ərəbistanı sülh danışıqları keçirməyi planlaşdırır

Səudiyyə Ərəbistanı sülh danışıqları keçirməyi planlaşdırır

Səudiyyə Ərəbistanı Qərb ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, görüş avqustun 5-6-da Ciddədə keçiriləcək. Danışıqlarda iştirak edənlərin dəqiq sayı hələlik məlum deyil. Ehtimal olunur ki, tədbirdə iyunun 24-də Kopenhagendə Ukrayna üzrə ilk beynəlxalq toplantıda iştirak etmiş dövlətlər təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə