Maskın hərəkətləri Ukraynanın fəliyyətinə təsir edir

Maskın hərəkətləri Ukraynanın fəliyyətinə təsir edir

...2022-ci ildə “SpaceX”-in sahibi İlon Mask Ukrayna hərbçilərinin müvəqqəti işğal olunmuş Krım bölgəsində Starlink İnternetinə çıxışına icazə vermədi. Bundan əlavə, o, döyüş zamanı bir neçə dəfə Starlink-ə girişi məhdudlaşdırıb.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazır.

“Starlink tez-tez müharibə bölgələrində, ucqar ərazilərdə və təbii fəlakətlərdən zərər çəkmiş yerlərdə internetə çıxışın yeganə yoludur. O, Ukraynada pilotsuz təyyarələrin zərbələrini koordinasiya etmək və kəşfiyyat məlumatlarını toplamaq üçün istifadə olunur. Lakin Maskın peyk internet üzərində demək olar ki, tam nəzarəti narahatlıq doğurur”.

Nəşr, Ukraynada bəzi qorxuların özünü doğrultduğunu da bildirir.

“The New York Times”-ın mənbələrinə görə, Mask müharibə zamanı bir neçə dəfə Starlink-ə girişi məhdudlaşdırıb. Bundan əlavə, o, Ukrayna hərbçilərinin işğal olunmuş Krım yaxınlığında Starlink-i işə salmaq tələbini rədd edib və bu da, təbii ki, Ukrayna ərazilərinin azad edilməsi strategiyasına təsirsiz ötüşməyib.

Bundan əlavə, Mask, onun texnologiyasının dronlardan istifadə etməklə uzaq məsafədən zərbələr üçün istifadə edilə bilmədiyini demişdi.

Lakin iyun ayında ABŞ Müdafiə naziri Lloyd Austin 400-500 yeni Starlink terminalı və xidmətlərinin alınması ilə bağlı müqaviləni təsdiqlədi.

Razılaşmanın şərtləri ilə tanış olan iki şəxsin sözlərinə görə, Pentaqona terminalların quraşdırılmasına nəzarət verilir ki, yeni qurğular “əsas imkanları və konkret tapşırıqları” yerinə yetirə bilsin.

Yeri gəlmişkən, hazırda 42.000-dən çox Starlink terminalı Ukraynada ordu, xəstəxana, biznes və humanitar təşkilatlar tərəfindən istifadə olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə