Podolyak Putinə inanmamağa çağırıb, çünki...

Podolyak Putinə inanmamağa çağırıb, çünki...

...Vladimir Putinin bəyanatlarında zərrə qədər də həqiqət yoxdur, ona görə də onlara sadəcə etinasız yanaşmaq lazımdır.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidentinin guya rusların Kiyev yaxınlığından geri çəkilməsinin səbəbləri ilə bağlı sözlərini şərh edən prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“...Etiraf etməyin vaxtı çatıb ki, bu gün “Putin” subyekti bəyanatlarında əhəmiyyət kəsb edən, az da olsa həqiqəti özündə əks etdirən, qlobal proseslərə təsir edən və hadisələrin gedişatını müəyyən edən şəxs deyil”-deyən Podolyak, “...bu gün Putinin “kimləsə Ukrayna haqqında” danışıqlar aparmaq üçün yalvarmaqdan və “xahişlə” Kiyevdən qaçmaq barədə “nağıllar” danışmaqdan başqa çarəsi olmadığını da əlavə edib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl SİA-nın da yazdığı kimi, Vladimir Putin Afrika ölkələrinin liderləri ilə görüşündə Ukraynanı işğalçı, Rusiyanı isə sülhməramlı kimi göstərməyə çalışıb.

O, təəssüflənərək Rusiyanın təklif etdiyi sülh danışıqlardan imtina edənin Ukrayna olduğunu bildirib. Eyni zamanda Putin əmin edib ki, rusların Kiyev yaxınlığından qaçması guya pozulmuş sülh prosesinin ilk mərhələsi olub.

Qeyd edək ki, Podolyak, sadəcə olaraq, Putinin dediklərinə inanmamağa çağırıb. Podolyaka görə, “onda çox şey tez həll olunacaq”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə