Avqustun 1-dən Rusiyada rəqəmsal rubl haqqında qanun qüvvəyə minəcək - onunla ilk sınaq əməliyyatları elə həmin ay başlayacaq. Prezident Vladimir Putinin imzaladığı sənəd rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əqəmsal rubl mövcud pul formaları ilə birlikdə buraxılacaq. O, nağd və qeyri-nağd pul ilə yanaşı, milli valyutanın üçüncü formasına çevriləcək. Rəqəmsal rubl saxlamaq və operatoru Rusiya Bankı olacaq xüsusi platformada onlarla əməliyyatlar aparmaq mümkün olacaq.
Sənəddə, həmçinin Mərkəzi Bankın tezliklə yeni valyuta forması ilə əməliyyatlar üçün tarifləri və Rusiya banklarının onlara xidmət göstərməyə başlamalı olduğu müddətləri müəyyən etməli olacağı da qeyd edilir.
Rusiya Bankının sədri Elvira Nabiullinanın dediyi kimi, rəqəmsal rublla sınaq əməliyyatları bu ilin avqustunda baş tuta bilər və 2024-cü ildə hüquqi şəxslər arasında köçürmələrin aparılması imkanı təşkil ediləcək.
Qeyd edək ki, bunun kütləvi həyata keçirilməsi 2025-ci ilə planlaşdırılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB