Ruslar ilk dəfə olaraq CV90 piyada döyüş maşını vurublar...

Ruslar ilk dəfə olaraq CV90 piyada döyüş maşını vurublar...

Xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri ilk dəfə olaraq İsveç istehsalı olan CV90 piyada döyüş maşınını ələ keçirdiklərini bildiriblər.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Krasnolimanski istiqamətində gedən döyüşlərdə Qərb Hərbi Dairəsinin 20-ci Ordusunun döyüşçülərinin fərqləndiyi vurğulanır.

Qeyd edək ki, CV90 piyada döyüş maşınının Ukrayna qoşunlarına təhvil verilməsini iyulun 7-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov elan etmişdi.

O, “Twitter” hesabında Stokholmun 50 belə piyada döyüş maşının pulsuz Kiyevə çatdırıldığını yazmışdı.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə