Kiyevdəki “Vətən-Ana” abidəsinin adı dəyişdiriləcək

Kiyevdəki “Vətən-Ana” abidəsinin adı dəyişdiriləcək

Ukraynanın İkinci Dünya Müharibəsi Milli Tarixi Muzeyinin baş direktoru Yuri Savçuk, Kiyevdəki “Vətən-Ana” abidəsinə “Ukrayna-Ana” adının veriləcəyini bilirib. SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini Ukrayna Radiosu səsləndirib.

“Muzeyimizin elmi şurasının iclası oldu və orada mühüm qərarlar qəbul edildi. Bunlardan biri də “Vətən-Ana” abidəsinin adının dəyişdirilərək “Ukrayna-Ana” abidəsi adlandırılmasıdır”, - deyə o bildirib.

Savçuk əmin edib ki, adın dəyişdirilməsi üçün bütün əsaslar var və bu addım sadəcə formal xarakter daşımayacaq. O, həmçinin bu qərarın 24 avqust, Ukraynanın Müstəqillik Gününə qədər ölkənin Mədəniyyət Nazirliyi tərəfindən təsdiq ediləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Odessa vilayətində şəhərin hakimiyyət orqanları Sovet İttifaqı Qəhrəmanı Zoya Kosmodemyanskayanın abidəsini qoruyub saxlamaq qərarına gəliblər.

Amma şəhər şurasının katibi Aleksandr Skalozubun məktubunda, rəsmi qurumlarda abidənin konkret tarixi şəxsiyyətə aid olduğunu təsdiq edən sənədlər olmadığını bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə