Şoyqu niyə Şimali Koreyaya gedib?

Şoyqu niyə Şimali Koreyaya gedib?

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı davam etdirmək üçün silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Şimali Koreyaya səfər edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərlə söhbəti zamanı deyib.

Dövlət Departamenti rəhbəri, Şoyqunun KXDR-ə guya “tətilə” getməsi ilə bağlı deyilənlərə şübhə etdiyini bildirib. Blinken, əmindir, Rusiyanın müdafiə naziri KXDR-ə ancaq silah almağa gedə bilər.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi hərbi nümayəndə heyəti Pxenyanın dəvəti ilə iyulun 25-27-də Şimali Koreyaya səfər edib. Səfər zamanı Rusiya Müdafiə Nazirliyinin başçısı Qurtuluş abidəsi önünə gül dəstələri qoyub, Vətən Azadlıq Müharibəsində Qələbənin 70 illiyi və Pxenyanda keçirilən 2023 Silah Sərgisi münasibətilə keçirilən paradda iştirak edib və... həmçinin danışıqlar aparıb.

Özü də Şimali Koreya lideri Kim Çen In ilə iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsinə dair...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə