Ötən gün Ukraynanın Odessa şəhərinə gələn YUNESKO-nun nümayəndə heyəti, şəhərin tarixi mərkəzinə Rusiya tərəfindən yetirilən ziyanı qiymətləndirəcək.
SİA-nın əldə etdiyi məlumata görə, təşkilat onu yanvar ayında öz siyahısına əlavə edib. Bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
Qeyd edək ki, YUNESKO nümayəndələri şəhərdə dörd gün qalacaqlar.
“Rusiyanın Odessada yaratdığı bütün dəhşətlər haqqında məlumatı bütün dünyaya çatdırmaq bizim üçün çox vacibdir”.
Bunu Kiper bildirib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, iyulun 19-dan iyulun 23-dək Rusiya ordusunun şəhəri atəşə tutması nəticəsində Odessada Transfiqurasiya kafedralı da daxil olmaqla 28 memarlıq abidəsi zədələnib. İyulun 23-nə keçən gecə Rusiyanın raket hücumu nəticəsində isə məbədə xeyli ziyan dəyib.
İyulun 18-dən, Rusiya taxıl sazişindən çıxdığını elan etdikdən sonra Rusiya ordusu Odessa və Odessa vilayətinə hücum edir. Bir neçə nəfər həlak olub və yaralanıb. Ukrayna hakimiyyəti hesab edir ki, Moskvanın məqsədi taxıl ixracını pozmaqdır.
Qeyd edək ki, Rusiya öz hərəkətlərini iyulun 17-nə keçən gecə Krım körpüsündə baş verən partlayışa görə “qisas” adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB