Ukraynalılar Baxmutu nəzarətə qaytarmaq üçün artıq şərait yaradıblar?

Ukraynalılar Baxmutu nəzarətə qaytarmaq üçün artıq şərait yaradıblar?

Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində əks-hücum zamanı yeni uğurlar qazanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna əsgərləri düşmənin yeni mövqelərinə nəzarəti ələ keçirib. Cəbhədəki uğurları barədə məlumat verən Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə hücum briqadası, döyüş meydanından möhtəşəm videoçarx da nümayiş etdirib.

“...Səngərlərin təmizlənməsi zamanı düşmən hücum qruplarına atəş açıb. Buna baxmayaraq, əsgərlər səngərlərə basqın etməyə davam edərək, düşməni geri itələyərək, geri alınan səngərlərdə möhkəm dayana biliblər”.

Qeyd edək ki, artıq neçə müddətdir ki, Baxmut istiqamətində şiddətli döyüşlər gedir. Verilən məlumata görə, iyulun əvvəlinə 24 kvadrat kilometr ərazi artıq işğaldan azad edilib.

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski, ukraynalıların Baxmut şəhərini öz nəzarətlərinə qaytarmaq üçün artıq şərait yaratdıqlarını bildirib.

Onun sözlərinə görə, ruslar artıq yarımdairədədirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə