Hakan Fidan danimarkalı həmkarı ilə telefon əlaqəsi saxlayıb

Hakan Fidan danimarkalı həmkarı ilə telefon əlaqəsi saxlayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Danimarkada Qurani-Kərimə qarşı törədilən alçaq hücumları bir daha pisləyib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Hakan Fidan danimarkalı həmkarı Lars Lokke Rasmussen ilə telefon əlaqəsi saxlayıb.

Nazir Hakan Fidan söhbət zamanı Danimarkada Qurani-Kərimə qarşı davam edən alçaq hücumları pislədiyini bir daha vurğulayıb.

Avropada İslamofofiyanın narahatedici həddə çatdığını qeyd edən Hakan Fidan deyib: “Söz azadlığı adı altında bu cür alçaq hərəkətlərə yol verilməsi qəbuledilməzdir''.

Nazir Hakan Fidan həmçinin Danimarka hökumətinin bu hücumların qarşısını almaq üçün təcili tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə