Belqorodda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları evdə 25 milyon rubl dəyərində saxta əskinas çap edən şəxsi saxlayıblar.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Belqorod vilayəti üzrə mətbuat xidmətinin məlumatına görə, saxta pulu hazırlayan şəxsin dəfələrlə məhkum olunmuş 37 yaşlı kişi olduğu üzə çıxıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təhlükəsizlik qüvvələri Belqorod vətəndaşının evindən 25 milyon saxta rubl aşkar ediblər.
Onun saxta əskinasları kəsmək üçün istifadə etdiyi avadanlıqları da ələ keçiriblər.
Saxlanılan şəxs barəsində külli miqdarda saxta pul hazırlama, saxlama və ya satma maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Belqorod vətəndaşını 12 ilə qədər həbs gözləyir.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Federal Təhlükəsizlik Xidməti Dağıstanda milyarddan çox saxta rubl çap edən mətbəənin işini dayandırdığı haqda məlumat yaymışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB