Rusiya prezidenti Vladimir Putin “Valideyn Şöhrəti” ordeni ilə təltif olunan ailələrlə söhbət edib. Videokonfrans vasitəsilə keçirilən görüş çoxuşaqlı ailələrin çox gözləməli olmaması üçün dövlət başçısının iş qrafiki yenidən təşkil edilib.
Vladimir “Sizin kimi ailələr ölkəmizin qürurudur”
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti söhbət zamanı bildirib.
Dövlət başçısı əlavə edib ki, çoxuşaqlı ailələr də ruslar üçün ən gözəl nümunədir.
“Sizə baxanda hər kəs valideynlik, ailə xoşbəxtliyinin həyatda nə qədər əhəmiyyətli və dəyərli olduğunu başa düşür. Çox uşaqlı bir ailədən daha yaxşı, daha dəyərli bir şey yoxdur. Ümid edək ki, bizdə süni deyil, real, doğru dəyərləri təcəssüm etdirən belə ailələr daha çox olacaq”, - Putin bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB