“Barbie” Rusiyaya LGBT mövzusunu gətirir..?

“Barbie” Rusiyaya LGBT mövzusunu gətirir..?

Bu arada Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü Mariya Butina Marqot Robbi və Rayan Qoslinqlə birgə çəkilmiş “Barbie” filminin nümayişi fonunda dünyaca məşhur gəlincik haqqında kəskin danışıb.

Deputatın sözlərinə görə, Barbi oyuncaqları Rusiya bazarından yığışdırılmalıdır, çünki bunlar... “Rusiyaya LGBT mövzusunu gətirirlər”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Butina bu barədə “Between the Lines” layihəsinin yeni buraxılışında bildirib.

“...Bizim “Barbie” filmində gördüklərimiz nədir: geylər, travestilər, dünyanı zəbt etmiş qadınlar... Burada kişi ilə qadın arasında hər hansı birlikdən söhbət gedə bilməz”-deyən deputat xanım, “Barbie” ilə birgə “Mattel” şirkətinin məhsullarının da ölkədən çıxarılmasının tərəfdarı kimi çıxış edib.

Yeri gəlmişkən, 2022-ci ildə Barbie kuklalarının məşhur istehsalçısı olan “Mattel”in cinsiyyətini dəyişdirən Barbie istehsal etməyə başladığı bildirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə