...Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Ukrayna ilə bağlı Afrika liderləri ilə görüşündə, Rusiyanın ötən ilin yazında Ukrayna hakimiyyətinin tələbi ilə qoşunlarını Kiyev ətrafından çıxardığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şənbə günü, iyulun 29-da Kremlin mətbuat xidməti məlumat yayıb.
Putinin sözlərinə görə, qoşunların çıxarılması yekun sülh müqaviləsinin bağlanması üçün edilib. Onun layihəsi artıq 2022-ci ilin yazında razılaşdırılıb. Lakin qoşunların çıxarılmasından sonra Kiyev hakimiyyəti əvvəlki bütün razılaşmalardan imtina edib.
“...Lakin qoşunlarımız Kiyev ətrafından çıxarıldıqdan sonra Ukrayna hakimiyyəti əvvəlki bütün razılaşmalardan imtina etdi” – deyən Rusiya lideri, hazırda “topun tamamilə Ukrayna tərəfində” olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl də Vladimir Putin ABŞ, NATO və Ukraynanın özlərinin Rusiya ilə danışıqlardan imtina etdiklərini bildirmişdi.
Rusiya lideri Moskvanın dəfələrlə danışıqlar prosesinə hazır olduğunu bəyan etdiyini və heç vaxt ondan əl çəkmədiyini xatırladıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB