Şırnakda 5 PKK terrorçusu zərərsizləşdirilib

Daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından mövzu ilə bağlı açıqlama verib.
Şırnakda 5 PKK terrorçusu zərərsizləşdirilib

Şırnakda separatçı terror təşkilatı PKK-nın 5 üzvü zərərsizləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında açıqlama verib.

Nazir Əli Yerlikaya Şırnakda terrorçulara qarşı əməliyyat keçirildiyini vurğulayıb.

Yerlikaya qeyd edib ki, silahlı pilotsuz uçuş aparatlarının (SİHA) dəstəyi ilə təşkil edilən əməliyyatda 5 terrorçu zərərsizləşdirilib.

Nazir Yerlikaya terrorçulara qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Digər tərəfdən Türkiyə hərbçiləri İraqın şimalında terrorçuların istifadə etdiyi mağaralara və sığınacaqlara ağır zərbələr endirməyə davam edir.

Milli Müdafiə Nazirliyindən (MSB) verilən açıqlamaya görə, ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində aparılan axtarış-kəşfiyyat əməliyyatları zamanı terrorçulara məxsus çox sayda silah və sursat ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə