Pakistanda musson yağışları 169 insanın həyatına son qoyub

Pakistanda musson yağışları 169 insanın həyatına son qoyub

Pakistanda iyunun 25-dən iyulun 28-dək davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 169-a çatıb. SİA xəbər verir ki, Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatın görə, yaralıların sayı 250-ni ötüb

Açıqlamada qeyd olunub ki, sözügedən tarixlərdə yağan güclü yağışlar nəticəsində 242 ev qismən, 1 162 ev tamamilə dağılıb və 11 mindən çox insan təxliyə edilib

Qeyd edək ki, ötən il Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə