Bu arad Ukraynanın daxili işlər naziri İqor Klimenko, ləng əks-hücuma Ukraynalı döyüşçülərə irad tutanlara cavab verib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, o, bu ləngliyi rus işğalçıları tərəfindən basdırılmış minaların həddindən artıq sıxlığını ilə əlaqələndirib.
...Müəyyən ərazidə düşmən nə qədər çox dayanırsa, minaların sıxlığı da bir o qədər çox olur deyən Klimenko, rusların hər kvadrat metrə iki, üç və ya dörd mina basdırdıqlarını bildirib.
Əsgər həyatının onlar üçün önəmli olduğunu deyən nazir, hərbçilərlə yanaşı, əldə etdikləri hərbi texnikanın da qorunmasının vacibliyini dilə gətirib.
Klimenko, həmçinin işğal olunmuş ərazilərdə minalardan təmizləmə prosesinin davam etdiyini də bildirib.
...Minaların təmizlənməsi zamanı təəssüf ki, xilasedicilərimizi, Milli Qvardiyaçılarımızı, polis istehkamçılarımızı həmişəlik itiririk.
Təbii ki, burada söhbət 130 min kvadratmetrlik geniş ərazilərdən gedir. Deyə bilərəm ki, biz yerdən və ya sudan 665 min partlayıcı obyekti zərərsizləşdirmişik və bunu davam etdiririk.
Qeyd edək ki, bunu da Klimenko deyib.
Daxili işlər naziri hazırda ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan mütəxəssislərin sayının artırıldığını da etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB