Ukraynanın Dneprdəki Təhlükəsizlik Xidmətinin binası vurulub

Ukraynanın Dneprdəki Təhlükəsizlik Xidmətinin binası vurulub

Dneprdə Ukrayna Təhlükəsizlik Xidmətinin binası partlayış nəticəsində zədələnib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

"Dnepr. Cümə axşamı. Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu”, - o, Telegram kanalında yazıb. Zelenski əlavə edib ki, hadisə yerində təcili xidmətlər işləyir.

Daha əvvəl Ali Radanın deputatı Maksim Bujanski şəhərin mərkəzində baş verən partlayışlar barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə