Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirir

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirir

Avropa İttifaqı Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı sanksiyaları genişləndirərək, 7 nəfər Rusiya Federasiya vətəndaşını və 5 təşkilatını qara siyahıya salıb.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə Avropa İttifaqının rəsmi jurnalında müvafiq qaydaların dərcinə istinadən xəbər verir.

“Vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa İttifaqı Şurası hesab edir ki, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məsul olan yeddi fiziki şəxs və beş qurum bu siyahıya əlavə edilməlidir”, - jurnal yazır bunu.

Qeyd edək ki, qara siyahıya Xaricdə Rusiya İnstitutu, ANO Dialoq, Inforos xəbər agentliyi, Sosial Dizayn Agentliyi, Structura Group MMC, həmçinin onların təsisçi və rəhbərləri daxil ediliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə