Putin Ərdoğana daha güvənmir?

Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Moskvanın taxıl sazişinə qayıtması məsələsini müzakirə etmək xahişinə məhəl qoymayıb?

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Wall Street Journal” diplomat və analitiklərə istinadən yazıb.

Diplomatların fikrincə, Ərdoğanın etmək istədiyi telefon zəngi hələ baş tutmasa da, Türkiyə rəsmiləri Kremlə başqa kanallarla təzyiq göstərməkdə davam edirlər.

“...Belə düşünmürəm ki, Putin Ərdoğana əvvəlki qədər güvənmir. Yəni Rusiya tərəfi və xüsusilə də Kreml Ərdoğanın düşüncə tərzini şübhə altına alır. Putinin telefon zənglərinə cavab verməməsi qeyri-adi haldır”.

Qeyd edək ki, bunu Türkiyənin Moskvadakı səfirliyində işləmiş keçmiş baş diplomat Gülru Gezer nəşrə bildirib.

Onu da qeyd edək ki, Rusiyanın taxıl müqaviləsini yeniləməkdən imtinası Türkiyənin bir sıra addımlarından sonra baş verib ki, bu da Ankaranın xarici siyasətinin Qərbə yönəldiyini göstərir.

Bu fikirləri isə The “Wall Street Journal” yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə