Polşa silahlı qüvvələrinin sayını demək olar ki, iki dəfə artıracaq
Polşa silahlı qüvvələrinin sayını demək olar ki, iki dəfə artıraraq 172.000-dən 300.000-ə çatdıracaq.
SİA-nın əldə etdiyi məlumata görə, ölkənin müdafiə naziri Mariuş Blaşçak, bununla bağlı artıq müvafiq sənədin imzalandığını da bildirib.
Polşa ordusunda iki yeni diviziyanın yaradılması və bununla da onların ümumi sayının altıya çatdırılması planlaşdırılır. Qeyd edilməlidir ki, bu məsələdə müdafiə xərcləri də artacaq ölkə ÜDM-in 4 faizə qədərini təşkil edəcək.
Onu da qeyd edək ki, Varşava “Vaqner” muzdluları Belarusa köçdükdən sonra qoşunlarının bir hissəsini ölkənin şərq sərhədinə yerləşdirmək qərarına gəlib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşdə Belarus lideri Aleksandr Lukaşenko “Vaqner” muzdlularının “Varşavaya, Jeşova ekskursiyaya getmək” üçün “onları Qərbə buraxmağı” xahiş etdiklərini bildirmişdi.
Xatırladaq ki, bir müddət bundan əvvəl “Vaqner” muzdluları Belarus ordusu ilə də birgə təlimlər keçiriblər.
Yeri gəlmişkən, Polşanın Jeşov şəhərində Qərb ölkələrinin Ukraynaya verdiyi hərbi texnika və silahlarla təchiz olunan aerodrom var. Sonradan onlar quru yolu ilə Ukraynaya göndərilir.
NATO ölkələri Rusiyanın ən döyüşə hazır bölmələrindən sayılan “Vaqner” muzdlularının Belarusa köçürülməsindən narahatlıq bildirirlər. Polşa bu ayın əvvəlində potensial təhlükələrə qarşı durmaq üçün Belarusla sərhədini möhkəmləndirdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB