"Ən kiçik qaçan"ın qalıqları Taylandda tapıldı

Elmi araşdırma "Diversity" jurnalında dərc olunub
"Ən kiçik qaçan"ın qalıqları Taylandda tapıldı

Ən yaxşı qorunan dinozavr qalıqları Taylandda tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Kalasin əyalətinin Phu-Noi bölgəsində "ən kiçik qaçan" mənasını verən “minimocursor phunoiensis” tipli dinozavrın bölgədə indiyədək ən yaxşı qorunan qalıq olduğu bildirilib.

“Science News” saytının məlumatına görə, Mahasarakham Universitetinin Paleontoloji Araşdırma və Təhsil Mərkəzinin tədqiqatçıları Taylandın Kalasin əyalətinin Phu-Noi bölgəsində Erkən Yura dövrünə aid dinozavr qalıqlarını aşkar ediblər.

Tədqiqatçılardan biri olan Sita Manitkoon tapıntıların bölgədə Cənub-Şərqi Asiyanın ən qədim “neornithischia” növü olan “minimocursor phunoiensis” dinozavrının ən yaxşı qorunan qalıqları olduğunu bildirib.

Phu-Noi bölgəsinin skelet qalıqları baxımından çox zəngin olduğunu söyləyən alim deyib: “Tapılan qalıqlar Cənub-Şərqi Asiyada “neornithischia” növünün qeydə alınmış ən qədim nümunəsidir. “Neornithischia” növünün biomüxtəlifliyi, biocoğrafiyası və erkən təkamül tarixi haqqında yeni məlumatlar əldə etdik. Qalıqlar “minimocursor phunoiensis” biologiyasının daha yaxşı anlaşılmasını təmin edə biləcək. "Ən kiçik qaçan" mənasını verən “minimocursor phunoiensis”in təxminən 145 milyon il əvvəl yaşayıb”.

Elmi araşdırma "Diversity" jurnalında dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə