Nigerdə baş tutan hərbi çevrilişin üçüncü günü Prezident Qvardiyasının komandanı general Abdurahman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti” elan edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, general bu barədə milli televiziyada çıxışı zamanı deyib. O, həmçinin çevrilişi ölkədə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi ilə əsaslandırıb.
Xatırladaq ki, iyulun 26-da Prezident Qvardiyası Nigerdə qiyam qaldıraraq ölkə başçısı Mohamed Bazumu həbs edib. Qiyama 2011-ci ildə sabiq prezident Mohamed İssufu tərəfindən Prezident Qvardiyasının komandanı təyin edilən ordu generalı Abdurahman Çiani rəhbərlik edib.
Təxminən 26 milyonluq əhalisi olan Niger dünyanın ən kasıb ölkələrindən biridir. BMT-nin inkişaf indeksində 191 ölkə arasında 189-cu yerdə qərarlaşan Nigerin əhalisinin 40 faizdən çoxu yoxsulluq içərisində yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB