Hakan Fidan Macarıstanda səfərdədir

Hakan Fidan səfər çərçivəsində Qalisiya türk qəbiristanlığını ziyarət edərək xüsusi dəftərə ürək sözlərini yazıb.
Hakan Fidan Macarıstanda səfərdədir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Macarıstanda səfərdədir.
SİA-nın əldə etdiyi məlumata görə, Hakan Fidan səfər çərçivəsində Qalisiya türk qəbiristanlığını ziyarət edərək xüsusi dəftərə ürək sözlərini yazıb.
Hakan Fidan mesajında bu ifadələrə yer verib:“Müharibənin ən çətin cəbhələrindən biri olan Qalisiyada qəhrəmancasına vuruşan hərbçilərimiz şəhid olublar''.
Hakan Fidan Cümhuriyyətin qurulmasının 100-cü ildönümündə başda Qazi Mustafa Kamal Atatürk və şəhid olan hərbçiləri olmaqla digər bütün qəhrəmanları da hörmət və rəhmətlə yad edib.
Xarici işlər naziri Fidanın bu gün Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto ilə görüş keçirməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə