Rusiya-Afrika sammitinin plenar iclası zamanı Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinə 23 milyard dollar məbləğində borcun silindiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
Putin bəyan edib ki, Rusiya Afrika ölkələrinin borc yükünü yüngülləşdirmək səylərində fəal iştirak edir.
Qeyd edək ki, Vladimir Putin, Afrika ölkələrinin tələbi ilə inkişaf üçün Moskvanın 90 milyon dollardan çox vəsait ayıracağını bəyan edib.
Rusiya Federasiyasının Prezidenti əmin edib ki, Rusiya bundan sonra da ən çox ehtiyacı olan ölkələrə və regionlara dəstək verəcək.
Bundan əlavə, Putin həmçinin Afrikaya kənd təsərrüfatı məhsullarının etibarlı tədarükçüsü olaraq qalacağına da söz verib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya prezidenti Vladimir Putin, Rusiyanın yaxın aylarda bir sıra Afrika ölkələrinə 25-50 min ton taxıl tədarük etməyə hazır olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB