Meksikada istilər 249 nəfərin həyatına son qoyub

Meksikada istilər 249 nəfərin həyatına son qoyub

Meksikada son aylarda təsirli olan yandırıcı istilər səbəbindən 4 ayda 249 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, CNN-in məlumatına görə, Meksika Səhiyyə Nazirliyi ölkədə iqlim dəyişikliyi ilə bağlı həddindən artıq istilər səbəbindən insan itkiləri ilə bağlı hesabat yayıb.

Hesabata görə, Meksikada iyunun sonunda termometrlər 45 dərəcə selsi civarında isti göstərdiyi halda, 19 mart-22 iyul tarixləri arasında normadan yüksək temperatur səbəbindən 249 nəfər ölüb. Ən çox can itkisi 100 nəfərlə Nuevo Leon əyalətində görülərkən, ölümlərin 92,4%-i isti vurma, qalanı isə susuzluq səbəbi ilə meydana gəlib.

Hökumət istidən qorunmaq və xüsusilə saat 11:00-15:00 arasında çölə çıxmamaq üçün gün ərzində tez-tez ən azı iki litr su içməyi tövsiyə edir. Ötən ilin eyni aylarında Meksikada həddindən artıq istilərdən 38 nəfər ölüb.

Milli Meteorologiya Xidməti temperaturun 40 dərəcəni keçdiyi Meksikada "son illərin ən acınacaqlı günlərinin yaşandığı" məlumatını paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə