ABŞ-da yüzlərlə aviareys təxirə salınıb

ABŞ-da yüzlərlə aviareys təxirə salınıb

ABŞ-da fırtına səbəbindən 730-dan çox aviareys təxirə salınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "ABC News"un məlumatına görə, ABŞ Federal Aviasiya Administrasiyası şimal-şərq ştatlarında, Atlanta, Denver və Florida hava limanlarında uçuş marşrutlarının yenidən müəyyən ediləcəyi barədə xəbərdarlıq edib.

Hava yolları əlverişsiz hava şəraiti ilə əlaqədar dünən 730-dan çox reysi ləğv edib. Uçuşun ləğvi dünən günorta və axşam "New England"dan Nyu-Yorkun yuxarı əyalətinə və Nyu-York, Filadelfiya və Vaşinqtona tufan xəbərdarlığından sonra baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə