Qərbə Ukrayna münaqişəsi lazımdır - BAŞ NAZİR

Qərbə Ukrayna münaqişəsi lazımdır - BAŞ NAZİR

Ukraynadakı münaqişə artıq ukraynalıların özlərinə deyil, suverenliyini itirmiş bu ölkəni faktiki idarə edən Qərb dövlətlərinə lazımdır. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"Bu müharibə artıq ukraynalıların müharibəsi deyil. Ukraynalıların gücü tükəndi. İndi yalnız Qərbin pulu Ukraynanı dəstəkləyir. Ukrayna praktiki olaraq suverenliyini itirib", - nazir deyib.

Onun sözlərinə görə, indi yalnız Qərbin pulu Ukraynaya "sağ qalmağa" imkan verir və Ukrayna ordusunu döyüşə hazır saxlayır. Lakin silahlı qüvvələrini təkbaşına maliyyələşdirə bilməyən ölkə suveren sayıla bilməz - deyə Macarıstanın baş naziri vurğulayıb.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə