Britaniya muzeyində 5500 illik mumiya

Britaniya muzeyində 5500 illik mumiya

Britaniya muzeyində ən qədim 5500 illik mumiyaya böyük maraq var. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədəki Britaniya Muzeyində sərgilənən 5500 illik ən qədim insan bədəni "Gebelein Adam" ziyarətçilərin böyük marağına səbəb olur.

İngiltərənin paytaxtı Londonda Britaniya Muzeyində nümayiş etdirilən ən qədim insan bədəni misirli bir kişiyə məxsusdur.

Eramızdan əvvəl 3500-cü ildə Misirin Gebelein bölgəsində dəfn edilən və yaşı 5500 il olduğu bildirilən "Gebelein Adamı" mumiyası 19-cu əsrin sonlarında Britaniya Muzeyinin Qədim Misirologiya şöbəsinin müdiri Uollis Budc tərəfindən tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə