30 qram heroin satan qadın edam edildi

30 qram heroin satan qadın edam edildi

Sinqapurda 20 ilə yaxın müddətdə ilk dəfə qadın edam edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Sinqapur vətəndaşı olan 45 yaşlı Saridevi Djamani 2018-ci ildə 30 qram heroin qaçaqmalçılığına görə edam edilib.

Djamani ölkədə bu həftə sinqapurlu Mohd Aziz bin Hüseyndən sonra edam edilən ikinci, 2022-ci ilin martından bəri isə 15-ci narkotik məhkumu olub. Sinqapurda cəmiyyəti qorumaq üçün dünyanın ən sərt anti-narkotik qanunları var.

Sinqapur Narkotiklərlə Mübarizə Mərkəzi Bürosu tərəfindən verilən açıqlamada, Saridevinin 6 iyul 2018-ci ildə edam cəzasına məhkum edildiyi və bütün hüquqi prosesin tamamlandığı açıqlayıb. Keçən il oktyabrın 6-da Sinqapurun ən yüksək məhkəməsi Saridevinin hökmünə qarşı şikayəti rədd edib. O da bildirilib ki, prezidentin əfvlə bağlı müraciəti nəticəsiz qalıb. Daha bir sinqapurlu mobil telefon vasitəsilə 1 kq marixuananın satışını koordinasiya etdiyinə görə edam edilib. Narkotik cinayətlərinə dair sərt qanunların Sinqapuru dünyanın ən təhlükəsiz yerlərindən biri kimi saxlamağa və geniş ictimai dəstək almağa kömək etdiyi deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə