"Vaqner"in lideri Yevgeni Priqojin bu həftə keçirilən Afrika-Rusiya sammitində Sankt-Peterburqda görülüb. SİA BBC-yə istinadən xəbər verir ki, o, Mərkəzi Afrika Respublikasında yüksək vəzifəli səfir Freddi Mapouka ilə əl sıxarkən görülüb. Görüntü "Facebook"da Vaqnerin CAR-dakı əməliyyatlarını idarə edən Dmitri Sutu tərəfindən paylaşılıb. Bu, Vaqnerin iyun ayında uğursuz üsyanından sonra Priqojinin Rusiyada təsdiqlənmiş ilk görüşüdür.
Priqojin və Mapoukanın görüşü Sankt-Peterburqdakı "Trezzini Palace" otelində baş tutub.
Afrika-Rusiya sammiti zamanı Rusiya prezidenti Vladimir Putin qlobal ərzaq böhranının qarşısını almaq üçün Ukraynanın Afrikaya taxıl ixracını həm kommersiya, həm də yardım əsasında əvəz etməyə hazır olduğunu bildirib.
Aİ Putinin qitəyə pulsuz taxıl göndərmək vədi ilə bağlı Afrika ölkələrini aldatdığına inandığını bildirib. Avropa Komissiyası bildirib ki, Rusiya çətin ki, öz öhdəliyinə əməl etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB