Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Macarıstana səfər edəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
O, macarıstanlı həmkarı Peter Siyartonun dəvəti ilə bu ölkəyə yollanır.
Səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlərin, o cümlədən, Türkiyə - Avropa Birliyi əlaqələri kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB