Misirdə 60-dan çox adam xəsarət alıb

Misirdə 60-dan çox adam xəsarət alıb

Qahirənin cənubunda yerləşən Kena şəhərində xlor qazının sızması nəticəsində azı 62 nəfər xəsarət alıb, bir nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, sızma su stansiyasında baş verib. Qəzaya səbəb qaz balonlarından birinin yüklənmə zamanı aşması olub.

Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Kena əyalətinin rəhbərliyi şəhər administrasiyasının və su təsərrüfatının nümayəndələrinin müşayiəti ilə qəza yerinə gəlib. Hadisənin səbəbləri və şəraiti ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə