Ukrayna Yaponiyanın zəmanəti ilə Dünya Bankından 1,5 milyard dollar alıb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Sergey Marçenko bildirib.
“Əldə olunan vəsait iqtisadiyyatın bərpası və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq”, - deyə Marçenko Ukrayna Maliyyə Nazirliyinin saytında bildirib.
Bildirilir ki, 2022-ci ilin fevralından Ukrayna Yaponiya Beynəlxalq İnkişaf Agentliyi (JICA) vasitəsilə 581 milyon dollardan çox güzəştli maliyyə yardımı alıb.
Bu il Yaponiya Hökumətinin Dünya Bankının güvən Fondu vasitəsilə daha 2 milyard dollar birbaşa dəstək verəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB