Rusiyalı turistlərin olduğu “Astoria Grande” layneri Batumi limanına gəlib və laynerdə olan rus turistlərindən bir-neçəsi gürcü jurnalistlərə müsahibə veriblər. Müxalif “Mtavari” telekanalı xəbər verir ki, bundan sonra Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, şüarlardan birində “Rus gəmisi”nə ədəbsiz müraciət də olub.
Beləliklə, keçirilən aksiyada digərləri ilə yanaşı, fəallar və siyasi partiyaların nümayəndələri də iştirak ediblər. İştirakçılar “A4” vərəqində çap olunmuş Rusiya bayrağını da yandırıblar. Qeyd edək ki, nümayişlərin Batumidə də keçirilməsi planlaşdırılır.
Yeri gəlmişkən, bilirsinizmi burada maraqlısı nədir?
Deməli, Batumiyə gələn laynerdəki rusiyalı turistlərin bir neçəsi ilə gürcü jurnalistlər söhbət ediblər.
Və söhbət zamanı rusiyalı turistlər 2008-ci ildə Gürcüstanla Moskvanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə başa çatan silahlı münaqişə zamanı Rusiyanın hərəkətlərini dəstəkləyirlər.
Təbii ki, belələrinə nə deyəsən?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB