...Əslində “Vaqneritlər”in lideri Yevgeni Priqojin tərəfindən üsyan-filan olmayıb. Bunu Rusiya xüsusi xidmət orqanları təşkil edibmiş. Öz növbəsində, Rusiya lideri Vladimir Putin də bu “üsyandan” öz məqsədi üçün, yəni ona qarşı olan əsl hərbi müxalifəti məhv etmək üçün istifadə etdi.
...İndi Rusiya ordusunda 1937-39-cu illəri xatırladan total təmizləmə gedir. Yəni demək olar ki, bütün rus generallarında dəyişiklik baş verir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu hərbi ekspert Dmitri Sneqiryov “Espresso” telekanalının efirindən bildirib.
Sneqiryovun sözlərinə görə, Yevgeni Priqojinin Rusiya-Afrika forumunda çıxışı da təsadüfi deyil.
Hərbi ekspert, “...bu, Afrika ölkələrinə Rusiya Federasiyasının “Vaqner” PMC və Rusiya Federasiyasının ərazisində qanuni olaraq qadağan edilmiş digər PMC-lərdən istifadə edərək öz varlığını təmsil edəcəyinə dair bir siqnaldır”-deyə bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB