“Rusiya-Afrika əlaqələrinin gələcəyinə nikbin baxıram”

“Rusiya-Afrika əlaqələrinin gələcəyinə nikbin baxıram”

Rusiya Afrika ölkələri ilə münasibətlərin gələcəyinə nikbinliklə baxır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya lideri Vladimir Putin “Rusiya-Afrika” sammitinin iştirakçıları üçün təşkil olunan ziyafətdə deyib.
“Biz gələcəyə nikbinliklə baxırıq, çünki Rusiya-Afrika münasibətləri möhkəm dostluq və qarşılıqlı yardım əlaqələri üzərində qurulub”, - deyə Putin fəxri qonaqlar üçün təşkil olunan ziyafətdə bildirib.

Rusiyalı prezident həmçinin qeyd edib ki, ölkələr ədalətli dünyanın və çoxqütblülüyün formalaşması üçün bir yerdədirlər. Putinin sözlərinə görə, bunun üçün suveren bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət prinsipləri vacibdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə