Kadrlar şöbəsində bizə Türkiyəyə getməməyi tapşırıblar...

Kadrlar şöbəsində bizə Türkiyəyə getməməyi tapşırıblar...

Bu arada Sankt-Peterburq administrasiyasının bir neçə komitəsinin əməkdaşlarına istirahət üçün Türkiyəyə uçmamağı “tövsiyə ediblər”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fontanka” mənbələrə istinadən xəbər verib.

Nəşrin mənbəsinin bildirdiyinə görə, dövlət qulluqçularını kadrlar şöbələrinə toplayaraq onlara Türkiyəyə səfərlərin arzuolunmaz olduğu barədə məlumat verilib.

“Fontanka”nın həmsöhbəti, qadağanın müvəqqəti olduğunu, lakin rəsmilərə dəqiq tarix deyilmədiyini də bildirib.

...Biz söhbətin nə ilə bağlı olduğunu soruşduqda kadrlar şöbəsinin əməkdaşı bizə taxıl sövdələşməsi ilə bağlı xəbərləri oxumağı məsləhət bildi.

Xatırladaq ki, iyulun 17-də Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl müqaviləsi başa çatdıqdan sonra Ukrayna taxılının Qara dənizdəki limanlardan ixracı dayandırılıb. Moskva Tolyatti-Odessa ammonyak boru kəmərinin fəaliyyətinin bərpası da daxil olmaqla, onun şərtləri yerinə yetirilməyənə qədər sazişə qayıtmayacağını bildirib.

...Kiyev Rusiyanın iştirakı olmadan taxıl ixracını təmin etməyə hazır olduğunu bəyan edib. Ukrayna prezidenti Ankaraya və BMT-yə müvafiq təşəbbüslər göndərdiyini bildirib. Zelenskinin sözlərinə görə, BMT və Türkiyə qida dəhlizinin fəaliyyətini birgə təmin edə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə