Ukrayna hərbçiləri Donetsk vilayətinin qərbindəki Staromayorskoye kəndinin azad edildiyini açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, son həftələr kənd uğrunda şiddətli döyüşlər gedir.
Hərbçilərin Staromayorski üzərində nəzarətdən danışdığı videonu Ukrayna prezidenti Vladimir Zelenski yayımlayıb.
...Staromayorskinin itkisini cümə axşamı səhər qondarma “DXR” komandirlərindən biri Aleksandr Xodakovski də etiraf edib. Rəsmi olaraq Ukraynanın Baş Qərargahı hələlik kəndə nəzarəti elan etməyib. Aktiv hərbi əməliyyatlar şəraitində tərəflərin bəyanatlarını müstəqil şəkildə yoxlamaq çətindir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB