Moskva Şəhər Məhkəməsi Moskva Arbitraj Məhkəməsinin keçmiş hakimi, baş prokurorun keçmiş müavini Yelena Kondratı külli miqdarda rüşvət almaqda vasitəçilik etdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edib.
Hökmə görə, 2020-ci ildə Kondrat həmkarı, Arbitraj Məhkəməsinin hakimi Yelena Maxalkinaya iş üzrə müsbət qərar verilməsi üçün 50 min dollar köçürməyə hazır olan şəxslərin müraciət etdiyini bildirib.
Telefon danışıqları və şəxsi görüşlər zamanı Kondrat hakim Maxalkinanı rüşvət almağa çağırıb.
Qeyd edək ki, Kondratla bağlı cinayət işinin başlanmasından sonra o, soyadını dəyişdirmək və xaricə getmək üçün Qroznıya getdiyi iddia edilir.
Ona qarşı iş 2021-ci ilin iyulunda Yüksək İxtisaslı Hakimlər Kollegiyasının razılığı ilə iş açılıb. O, 2022-ci ilin yanvarında səlahiyyətlərindən məhrum edilib və mart ayında istefa verib. Onu da qeyd edək ki, 45 yaşlı Kondrat özünü təqsirli bilməyib.
O, Maxlkinaya rüşvət yox, ona borc vermək istədiyi mənzili almaq üçün pul verdiyini deyib. Maraqlıdır ki, Kondrat müdafiəçisi onun, Federal Təhlükəsizlik Xidməti təxribatının qurbanı olduğunu iddia edir.
Sabiq hakim isə Qroznıya istirahətə getdiyi iddia edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB