Nigerdə ​​qiyamçılar hakim partiyanın qərargahını yandırıblar

Nigerdə ​​qiyamçılar hakim partiyanın qərargahını yandırıblar

Nigerdə ​​üsyan tərəfdarları hakim Niger Demokratiya və Sosializm Partiyasının qərargahını yandırıb, polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bu barədə “Reuters” məlumat yayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, üsyançılar ölkənin paytaxtı Niameydə hakim partiyanın binasını qarət edərək yandırıblar. Polis gözyaşardıcı qazdan istifadə edərək iğtişaşçıları dağıtmağa çalışıb.

“Biz həmişə ordunun hərəkətlərinə inanmışıq və bu dəfə də onların yanındayıq. Bu, bizim üçün sevincdir”, - deyə etirazçılardan biri bildirib.

Qeyd edək ki, iyulun 27-nə keçən gecə Niger hərbçiləri prezidentin devrilməsini və ölkə sərhədlərinin bağlandığını elan ediblər. “Jeune Afrique” nəşrinin yazdığına görə, üsyana səbəb dövlət başçısının prezident qvardiyasının komandiri Ömər Çianini işdən çıxarmaq planları olub.
Niger Silahlı Qüvvələrinin komandanlığı üsyançılarla həmrəy olduğunu bəyan edib. Bu qərar ordunun baş qərargahında silahlı münaqişələrdən qaçmaq istəyi ilə izah edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə