Ruslar yenə də “vətən xaini” tutublar...

Ruslar yenə də “vətən xaini” tutublar...

Bu arada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Bryanskda polislə birlikdə Rusiya qoşunlarına qarşı döyüşmək üçün Ukraynaya getməyə hazırlaşan rusiyalını saxlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayımlayıb.

Verilən xəbərə görə, artıq şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra hakimiyyət mütəmadi olaraq dövlətə xəyanət maddəsi ilə işlərin başlandığını bildirir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 275-ci maddəsində nəzərdə tutulan dövlətə xəyanət maddəsi də sərtləşdirilib. Belə ki, əgər əvvəllər bu maddə ilə tutulanları 20 ilə qədər həbs cəzası gözləyirdisə, indi dövlətə xəyanət ömürlük həbslə cəzalandırılır.

Bütün işlərə adətən bağlı qapılar arxasında baxılır, ittihamların təfərrüatları açıqlanmır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə